Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 05:46

Bu gün, iyulun 19-u Azərbaycan prezidenti İlham Əliyev Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu-nu qəbul edib.

AZƏRTAC xəbərinə görə, prezident İ.Əliyev deyib ki, Azərbaycan-Türkiyə əlaqələri günü-gündən daha da güclənir və bütün istiqamətlər üzrə yaxşı nəticələr verir.

M.Çavuşoğlu isə Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirləri arasında bu gün keçiriləcək görüşə toxunub. Bu tədbirin regional əməkdaşlıq və ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi baxımından önəmini qeyd edib.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.

İyulun 19-u Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşü keçirilir. Türkiyə xarici işlər naziri də bu görüşə qatılmaq məqsədilə Azərbaycana gəlib.

Nazirlər üç ölkə arasında əməkdaşlığın perspektivlərini və digər aktual məsələləri müzakirə etməlidirlər. Görüşdən sonra onlar birgə mətbuat konfransı keçirməyi nəzərdə tuturlar.

Azərbaycan-Türkmənistan-Türkiyə formatında xarici işlər nazirləri səviyyəsində birinci üçtərəfli görüş 2014-cü il mayın 26-da Bakıda keçirilib.

İkinci görüş 2015-ci il yanvarın 29-da Aşqabadda gerçəkləşib.

2015-ci il avqustun 28-də isə Türkiyədə hər üç ölkənin xarici işlər nazirlərinin üçüncü görüşü baş tutub.

Günün bütün mövzuları

XS
SM
MD
LG