Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:19

Narkotikə görə 1300 nəfər tutulub


Narkoman

2017-ci ilin birinci yarısında Azərbaycan hüquq-mühafizə orqanlarının narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 1697 fakt aşkarladığı bildirilir.

Bu haqda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun 2017-ci ilin ilk yarım ili üzrə hesabatında bildirilir.

Hesabata görə, 470 halda narkotik vasitələr satış məqsədilə, 1904 halda isə satış məqsədi olmadan əldə olunub. Qanunsuz dövriyyədən 730 kq 723.566 qram müxtəlif növ narkotik vasitə çıxarılıb.

Narkotikə görə ümumilikdə 1309 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Onlardan 3-ü 18 yaşa kimi, 112-si 18-25, 181-i 26-29 yaşlar arasında, 1013-ü isə 30 yaşdan yuxarıdır. Məsuliyyətə cəlb olunanların 1289-u kişi, 20-si isə qadınlardır.

Hesabat dövrü ərzində 432 hektar ərazidən 111 ton 420 kq-dan artıq narkotik tərkibli bitkilərin yaşıl kütlə halında yığılıb və məhv edildiyi açıqlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG