Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 17:05

Bakının mərkəzində yanğın


Yanğın

Fövqəladə Hallar Nazirliyi də yanğınla bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, Bakı şəhəri, Yasamal rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yanğın baş verib:

«Ümumi sahəsi 55 kvadratmetr olan, 4 otaqdan ibarət dərzi sexinin 3 otağının yanar konstruksiyaları 45 kvadratmetr sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Axtarış zamanı 1951-ci il təvəllüdlü Mustafa Yusubovun cəsədi aşkar olunub. Sexin qalan hissəsi və ev yanğından mühafizə olunub».

Məlumatda yanğının saat 09:26-da söndürüldüyü bildirilir.

+++

Bu gün, iyulun 18-i səhər saatlarında Bakıda, Cəfər Cabbarlı 28 ünvanında yerləşən dərzi sexində yanğın baş verdiyi bildirilir.

Yerli saytların verdiyi xəbərlərə görə, yanğın nəticəsində bir nəfər ölüb, daha bir neçə nəfər xəsarət alıb. Şahidlərin deməsinə görə, yanğından öncə partlayış səsi eşidilib.

Artıq Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadasının yanğını söndürdüyü bildirilir. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG