Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 19:55

“Samtredia” – “Qarabağ” oyununun hakimləri bəlli oldu


Foto arxiv

Futbol üzrə Çempionlar Liqası II təsnifat mərhələsinin cavab matçları çərçivəsində keçiriləcək “Samtredia” – “Qarabağ” oyununun təyinatları açıqlanıb.

Qarşılaşmanı Serbiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Srcan Yovanoviç olacaq. Ona yan xəttlərdə Uroş Stoykoviç və Milan Mixayloviç kömək edcəcək. Dördüncü hakim funksiyasını Marko Popoviç yerinə yetirəcək. Hakimlərin işinə Macarıstandan olan Laslo Vaqner qiymət verəcək. Matçın UEFA nümayəndəsi ingiltərəli Qraham Hover olacaq.

İyulun 18-i Boris Payçadze adına stadionda keçiriləcək oyun saat 21:00-da başlayacaq.

İyulun 11-də Bakıda keçirilən ilk qarşılaşmada isə “Qarabhağ” “Samtredia”nın qarşısından 5 cavabsız top keçirib.

“Qarabağ” rəqib meydanda yalnız 6 top fərqi ilə uduzacağı halda növbəti mərhələyə adlamayacaq.Futbol ekspertləri belə halın baş verəcəyini real saymırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG