Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 22:25

Prezident İlham Əliyev iyulun 15-də paytaxtın Yasamal rayonunda yeni parkın açılışında iştirak edib. O, bir müddət əvvəl bu ərazidə hündürmərtəbəli binaların tikilməsi məqsədilə ağaclıqların məhv edilməsinə toxunub və bir daha xəbərdarlıq edib: “Mən bütün dövlət məmurlarına, özəl qurumlara dəfələrlə xəbərdarlıq etmişəm ki, ağaclar kəsilməməlidir”.

Prezidentin sözlərinə görə, bu hadisə şirkətlərə də, iş adamlarına da dərs olacaq ki, “ağacı kəsirsənsə cəzan cərimə ilə bitməyəcək”.

İlham Əliyev həmçinin Bakının gözəl parklar şəhərinə çevrildiyini, parkların salınması baxımından onun bu gün dünyada birinci yerdə olduğunu bildirib.

Xatırlatma

Yeni salınan parkın ərazisində əvvəlcə “Böyük Plaza” yaşayış və ticarət mərkəzinin inşası aparılırdı. Ancaq prezidentin göstərişi ilə “Ovçular evi”ərazisində inşa olunan həmin binanın tikintisi dayandırılmışdı. Buna səbəb kimi tikintini həyata keçirən şirkətin 54 ağacı və yaşıllıqları tamamilə məhv etməsi göstərilirdi. Sonradan bildirildi ki, tikintini həyata keçirən şirkət 130 min manat məbləğində cərimələnib və fakt üzə cinayət işi açılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG