Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Avqust, Bazar ertəsi, Bakı vaxtı 20:45

Cümhuriyyətin 100 illiyinə hazırlıq gedir


Azərbaycan Xalq Cümhuriyyəti abidəsi

İyulun 14-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planının layihəsi müzakirə olunub.

Yubileyin dövlət səviyyəsində keçirilməsi ilə bağlı tədbirlər planına 200-ə yaxın təklif verilib. Təkliflərdən 100-ü plana daxil edilib.

Bu haqda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib.

Tədbirlər planının layihəsi Nazirlər Kabinetinin və digər əlaqəli qurumların rəsmilərinin iştirakı ilə müzakirə olunub.

Buna da bax:​ Prezident 'Cümhuriyyət sərəncamı' imzaladı, ancaq...

Nazir Qarayev deyib ki, Şərqdə ilk parlamentli demokratik respublikanın yaranmasının 100 illiyinin qeyd olunması Azərbaycanın dünyada daha geniş şəkildə tanıdılması üçün əlverişli fürsətdir. Hazırlıq işlərinə toxunan nazir müxtəlif qurumlara təkliflər üçün müraciət edildiyini söyləyib.

Müzakirələr zamanı bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi təkcə ölkə daxilində deyil, eləcə də bütün dünyada və aparıcı beynəlxalq qurumlar çərçivəsində qeyd ediləcək.

Sənədli filmlərin çəkilməsi, müxtəlif dillərdə ümumi bir saytın yaradılması da nəzərdə tutulur.

Buna da bax:​ Xalq Cümhuriyyəti dövrünün kitabı təkrar nəşr olundu

Xatırlatma

Prezident İlham Əliyevin bu il mayın 16-da AXC-nin 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilməlidir. Nazirlər Kabineti bununla əlaqədar tədbirlər planını hazırlayıb həyata keçirməlidir.

Sərəncamda AXC qurucularının adları çəkilmir, əvəzində keçmiş prezident, ölkə başçısının mərhum atası Heydər Əliyevin xidmətlərindən bəhs edilir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG