Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 15:56

Prokuror Lapşinə 6 il 6 ay həbs cəzası istədi


A.Lapshin

Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırışlarda, sərhədi qanunsuz keçərək Dağlıq Qarabağa getməkdə ittiham olunan bloqqer Aleksandr Lapşinə (Alexander Lapshin) 6 il 6 ay həbs cəzası istənilib. İyulun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror Nəsir Bayramov bu təkliflə çıxış edib.

Lapşinə qarşı ittihamların məhkəmədə sübuta yetirildiyini deyən prokurorun sözlərinə görə, onun himayəsində azyaşlı övladının olması yüngülləşdirici hal kimi nəzərə alınıb.

Lapşinin vəkili Eduard Çernin müdafiə çıxışına hazırlaşmaq üçün hakimlərdən vaxt istəyib.

Məhkəmə vəkilə iyulun 19-na qədər vaxt verib.

Xatırlatma

İsrail, Rusiya və Ukrayna vətəndaşı olan Aleksandr Lapşin CM-nin 281 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318 (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunur. İttihama görə, o, Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə cinayət əlaqəsinə girərək, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub.

Lapşin özünə məxsus səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd edib. Həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

Lapşin 2017-ci il yanvarın 17-də Azərbaycana Belarusdan ekstradisiya olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG