Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 19:51

Robert Cekuta müdafiə naziri ilə görüşüb


Səfir Robert Cekuta yeni hərbi attaşeni - polkovnik Adam Kavlik-i müdafiə nazirinə təqdim edir. 13 iyul 2017

ABŞ Azərbaycandakı səfirliyinə yeni hərbi attaşe təyin edib. Bu gün, iyulun 13-də ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta yeni hərbi attaşeni - polkovnik Adam Kavlik-i müdafiə naziri Zakir Həsənova təqdim edib.

Bu haqda Müdafiə nazirliyinin mətbuat xidməti xəbər verir.

Buna da bax:​ Səfir: 'ABŞ 'Cənub Qaz Dəhlizi'ni daim diqqətdə saxlayır'

Nazirlikdə keçirilən görüşdə iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlığın perspektivləri, regiondakı hərbi-siyasi vəziyyət və digər məsələləri, o cümlədən, hərbi-texniki, hərbi təhsil, mütəxəssislər səviyyəsində qarşılıqlı səfərlərin təşkili və treninqlərin keçirilməsinin də müzakirə edildiyi bildirilir.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. Müdafiə naziri Ermənistanın "separatizmin, terrorizmin və ekstremizmin mənbəyi olduğunu, təkcə Azərbaycan üçün deyil, bütün region üçün təhlükə yaratdığını" səfirə deyib.

Buna da bax:​ 'Amerika Azərbaycanda xarici investisiyaların 80 faizini təşkil edir'

Məlumatda deyilir ki, səfir Cekuta ABŞ ilə Azərbaycan arasında ikitərəfli formatda və NATO proqramları çərçivəsində əməkdaşlığın uğurla inkişaf etdiyinin bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG