Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 20:36

İstanbulda iki qız özbək "Mama Roza"nın əlindən xilas edilib


 Halima Hayitboeva, azad olunan qızlardan biri
Halima Hayitboeva, azad olunan qızlardan biri

Türkiyə, ABŞ və Rusiyadan fəallar Xarəzm və Fərqanə vilayətlərindən gəlmiş iki qızı seks ticarəti ilə məşğul olan bir özbək qadının əlindən xilas ediblər. Xaricdə fahişəxanalar şəbəkəsi işlədən bu qadın gənc qızlara dayəlik işi söz verərək onları Çimkentdən İstanbula aparıb.

İyulun 5-də Özbəkistanın Xarəzm vilayətinin Urgənç şəhərindən olan 25 yaşlı Halima Hayitbayeva IMO messenceri vasitəsilə özünün Sankt-Peterburqdakı keçmiş müdirinə onu Türkiyəyə dayə işləməyə dəvət etmiş qadının əslində seks ticarəti ilə məşğul olduğunu yazıb. AzadlıqRadiosunun özbək xidməti həmin qızın hekayəsini dərc etdikdən sonra müxtəlif ölkələrdən fəallar onu həmin qadının əlindən qurtarmaq qərarına gəliblər.

EV PALTARINDA EVDƏN QAÇIBLAR

Sankt-Peterburqda yaşayan Bek adlı gənc deyir ki, iyulun 8-də axşam əslən Xarəzmdən olan, Türkiyədə mühafizə şirkətlərinin birində çalışan bir gənc Halima Hayitbayevanı özbək "Mama Roza"nın əlindən qurtara bilib:

"Hayitbayeva bir rəfiqəsi ilə birlikdə ev paltarında evdən qaçıblar. İndi onlar təhlükəsiz yerdədirlər. Onlar Özbəkistanın İstanbuldakı konsulluğuna kömək üçün müraciət etmək istəyirlər. Cinayətkarlar onları möhkəm qorxudublar", – qızları xilas edən oğlan deyir.

Qızların seks ticarəti ilə məşğul olanların əlindən xilasında iştirak edən daha bir fəalın dediyinə görə, fəallar iyirmi gün öncə Halima Hayitbayeva ilə birlikdə Fərqanədən olan Madina adlı qızı da xilas edə biliblər.

"Halima kimi Madina da İstanbula aldadılaraq gətirildiyini deyir. Qız bu ölkəyə gəldiyi zaman sutenyorlar onu Türkiyəyə gətirmək üçün 4 min dollar xərclədiklərini, onun borcu qaytarmalı olduğunu deyiblər. Madina 20 gün ərzində 15 - 20 müştəriyə xidmət edərək 3 min dollarlıq borcunu qaytara bilib. Bundan sonra o, Halima ilə birlikdə qaçmaq qərarına gəlib. İndi qızlar Özbəkistana qayıtmaq istəyirlər, ancaq yaxınlarının İstanbulda baş verənlərdən xəbər tutacaqlarından narahatdırlar", – həmin fəal deyir.

“RƏFİQƏMƏ 500 DOLLAR ÖDƏYİBLƏR”

Halima Hayitbayeva telefonda AzadlıqRadiosunun özbək xidmətinə aldadıldığını deyib:

"Rusiyada dayə işləyirdim. 2014-cü ildə atam rəhmətə getdi, Özbəkistana getməli oldum. Onda pasportuma deportasiya möhürü vuruldu və vətəndə qalmalı oldum. Sonra bir rəfiqəm məni Türkiyədə dayə və ya ofisiant işləməyə dəvət etdi. Məni Özbəkistandan Qazaxıstana gətirdilər. Çimkənddə bir qrup qızı topladılar".

Onun sözlərinə görə, iyulun 4-də həmin qrup İstanbula gətirilib.

"Hava limanında məni rəfiqəm qarşıladı. Sonra o, məni Aksaray rayonundakı mənzilə gətirdi. Burada məni Kattakurqan rayonundan olan Bahar adlı sutenyor qadın və tapanca ilə silahlanmış Nuriddin adlı sutenyor qarşıladılar. Məlum oldu ki, onlar rəfiqəmə məni tapması üçün 500 dollar pul ödəyiblər. Onların məni fahişəliyə məcbur etmək istədiyini anlayanda Sankt-Peterburqda evində dayə işlədiyim Bek adlı oğlanla əlaqə saxladım. O da öz növbəsində başıma gələnləri AzadlıqRadiosunun müxbirinə danışıb. Sonradan məqaləni oxuyan fəallar məni xilas etdilər", – Halima Hayitbayeva deyir.

Buna da bax:'Qohumlarım məni fahişəliyə məcbur edirdilər'

İKİOTAQLI EVİ DƏ SÖKÜLÜB

Bek adlı gənc danışır ki, 2012-ci ildə Halima iki bacısı və yeznələri ilə birlikdə Özbəkistandan Sankt-Peterburqa gələrək iş axtarırmış. Onun sözlərinə görə, xarəzmli qız onun qızının dayəsi olub.

2015-ci ildə vətənə dönərkən Rusiya sərhədində pasportuna deportasiya möhürü vurulduğuna görə Rusiyaya qayıda bilməyən Halima anası və oğlu ilə birlikdə yaşadığı ikiotaqlı mənzil söküldükdən sonra Türkiyədə iş axtarmağa məcbur olub.

Türkiyədə yaşayan Özbəkistan vətəndaşlarının, habelə bu ölkədə istər könüllü, istərsə də məcburi fahişəliklə məşğul olan özbək qadınların sayı barədə dəqiq bilgi yoxdur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG