Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:05

İranlı alim Boston aeroportunda saxlanıb


Boston hava limanı, fevral 2017
Boston hava limanı, fevral 2017

Boston xəstəxanasında işləməyə gələn iranlı xərçəng xəstəliyi tədqiqatçısı Logan Beynəlxalq Aeroportunda saxlanıb. Bu haqda iyulun 11-də həmin xəstəxana məlumat yayıb.

Boston Uşaq Xəstəxanası bildirib ki, Mohsen Dehnavi həyat yoldaşı və üç uşağıyla ölkəyə buraxılmayıb. Onun səfər edən alimlər üçün J-1 vizası olubmuş. Ailə aeroporta iyulun 10-da çatıb.

ABŞ rəsmiləri iyulun 11-də bildiriblər ki, Dehnavi və ailəsi İrana qayıdan təyyarəyə mindirilib.

Xəstəxana bu saxlanmanın səbəbinin aydın olmadığını vurğulayıblar.

“BÜTÜN TƏLƏBLƏRƏ UYĞUN DƏLİL TƏQDİM ETMƏLİDİRLƏR”

“Boston Uşaq Xəstəxanası ümid edir ki, durum tezliklə həll olunacaq, Dr. Dehnavi və ailəsi buraxılacaq və Birləşmiş Ştatlara daxil olmalarına icazə veriləcək. Xəstəxana Dr. Dehnavi və ailəsinə hər cür dəstək göstərməyə hazırdır”, – xəstəxananın sözçüsü Rob Graham deyib.

ABŞ Gömrük və Sərhəd Patrulunun sözçüsü Stephanie Malin deyib ki, Dehnavi-nin ailəsinin saxlanması prezident Donald Trump-ın səyahət qadağasıyla bağlı deyil. Həmin qadağa İran da daxil olmaqla altı müsəlman ölkəsindən gələnlərin ölkəyə girişini müvəqqəti yasaqlayır.

Sözçü saxlanmanın agentliyin aşkarladığı səbəblərlə bağlı olduğunu bildirib. O, detalları açıqlamayıb, ancaq qeyd edib ki, viza üçün müraciət edənlər bütün tələblərə uyğun “dəlil təqdim etməlidirlər” və onlar səhhət, cinayətkarlıq və təhlükəsizlik səbəblərindən ölkəyə buraxılmaya bilərlər.

Ancaq Amerika İmmiqrasiya Hüquqşünasları Assosiasiyasından Susan Church deyib ki, “qaydalara görə, əlində işlək viza varsa, ölkəyə buraxılmalısan”.

“AİLƏ ÇOX NARAHATDIR”

ABŞ Ali Məhkəməsi bu yaxınlarda Trump administrasiyasına müvəqqəti qadağanı tətbiq etməyə icazə verib. İran, Liviya, Somali, Sudan, Suriya və Yəməndən gələnlərin ölkəyə girişi müvəqqəti yasaqlanır. Ancaq qadağa Birləşmiş Ştatlarda “bona fide əlaqəsində olan şəxslərə” aid deyil.

Amerika Mülki Azadlıqlar Birliyinin Massaçusets bölməsi və DC-dəki Milli İran Amerika Şurası Dehnavis ailəsinə yardım etməyə çalışır. Hər iki qurum iyulun 11-də bildirib ki, onların saxlanması Ali Məhkəmənin qərarının pozulması demək olar.

“Ailə çox narahatdır. Əgər söhbət kiçik sənəd işindən gedirsə, ailəyə demək olar ki, onu həll etsinlər”, – vəkil Shayan Modarres deyib.

Bostonun meri, demokrat Marty Walsh jurnalistlərə deyib ki, Dehnavis ailəsinin durumuyla bağlı əlavə bilgi almağa çalışır. O, həmin işin səyahət qadağası sarıdan narahatlıqlara örnək olduğunu söyləyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG