Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Avqust, bazar, Bakı vaxtı 02:28

“İraqda İŞİD-lə müharibə bitməyib”


Mosul

ABŞ generalı iyulun 11-də deyib ki, İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının Mosuldan çıxarılmasına baxmayaraq, İraqda müharibə “bitməyib”. General İraqda ABŞ əsgərlərinin sayında da böyük azalma olmayacağını deyib.

İraqın baş naziri Haider al-Abadi iyulun 10-da Mosulda İŞİD üzərində qələbəni elan edib. Bu, sünni ekstremist qruplaşmanın son üç ildə ən böyük məğlubiyyəti sayılır.

İraq təhlükəsizlik qüvvələri hələ bir neçə şəhəri İŞİD yaraqlılarından təmizləməlidirlər.

“Bu müharibə hələ bitməyib. Yaxın gələcəkdə əsgərlərimizin sayında da dəyişiklik gözləmirəm, çünki hələ iraqlıların və koalisiyanın görəcəyi çox iş var”, – İŞİD-lə savaşan koalisiyanın başçısı, general leytenant Stephen Townsend deyib.

Townsend-in sözlərinə görə, hətta İŞİD məğlub ediləndən sonra belə koalisiyanın İraqda qalacağını düşünür. İraq hökuməti, Birləşmiş Ştatlar və koalisiyanın digər üzvləri burada qüvvə saxlamaqda maraqlıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG