Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Dekabr, bazar, Bakı vaxtı 06:08

Prokuror keçmiş deputata 14 il həbs cəzası istədi


Dünyamin Xəlilov

İl yarımdır həbsdə olan keçmiş deputat, Bakıdakı "Globus Plaza"nın sahibi Dünyamin Xəlilovun məhkəməsi yekunlaşır. İyulun 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror sabiq deputata 14 il həbs cəzası verilməsini təklif edib.

Beynəlxalq Bankın hazırda həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevlə əlbir olub, müəssisələrindəki sıravi işçilərin adına bankdan böyük məbləğdə kreditlər götürüb qaytarmamaqda suçlanan Dünyamin Xəlilova CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 179 (mənimsəmə) maddələri ilə ittiham verilib.

D. Xəlilovla yanaşı, ona məxsus "İntertekstil" şirkətində rəhbər vəzifələrdə işləmiş şəxslər də bu iş üzrə məsuliyyətə cəlb olunub. Keçmiş deputatdan başqa daha 6 nəfər təqsirləndirilən şəxs var. Amma istintaq və məhkəmə dövrü üçün onların barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Prokuror həmin təqsirləndirilən şəxslərdən Şakir Musayevin 5 il, Ruslan Əsgərov və Rauf Əliyevin 4 il, Seyfulla Seyfullayevin 7 il 6 ay, Fərhad Əmiraslanov və Mənsur Zeynalovun 7 il, Rauf Əliyevin 4 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə iyulun 13-də vəkillərin çıxışı ilə davam edəcək.

D. Xəlilov ittihamları qəbul etmir. O, kredit götürülən vəsaitlərin mənimsənilmədiyini, Beynəlxalq Bankla birlikdə ölkə daxilində və Türkiyə, Albaniya kimi ölkələrdə həyata keçirilən layihələrə xərcləndiyini bildirib.

Dünyamin Xəlilov məhkəmədə bildirib ki, Cahangir Hacıyevi tələbəlik dövründən tanıyır, onunla həm dostluq, həm də işgüzar münasibətləri olub.

ABB-nin İdarə heyətinin keçmiş sədri C. Hacıyev mənimsəmə və qulluq səlahiyyətlərini aşmaqda ittiham edilərək, 15 il həbs cəzası alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG