Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 21:58

“Sevil massivi”nin rəhbərlərinə hökm oxund


Bakı, məhkəmə

İyulun 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Sevil massivi” Mənzil Tikinti Kooperativinin 2014-cü ilin iyulundan həbsdə olan məsul şəxslərinə hökm oxunub.

Bundan əvvəlki iclasda dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəmişdi. Dövlət ittihamçısı məhkəmədən tələb etmişdi ki, MTK-nın təsisçisi Aynur Zeynalov 15, digər məsul şəxslər Zabit Çələbiyev və Elçin İsmayılov 13, Mirdamat Muradıyev 10, Səbinə Əliyeva isə 7 il müddətinə azadlıqdan məhrum edilsin.

Hakim Əfqan Hacıyevin sədrlik etdiyi məhkəmə təqsirləndirilən şəxslərə dövlət ittihamçısının tələb etdiyindən xeyli yüngül cəzalandırılmasına hökm verib. Məhkəmə qərar verərəkən, təqsirləndirilənlərin qanunsuz sahibkarlıqla və vergidən yayınmaqla əldə etdikləri iddia olunan 19 milyon manatın 10.5 milyon manatını geri ödəmələrini nəzərə aldığını bildirib.

Hökmə əsasən, A.Zeynalov 9,Z.Çələbiyev və E.İsmayılov 8 il yarım azadlıqdan məhrum edilib.

Digər təqsirləndirilənlər Mirdamat Muradıyevlə Səbinə Əliyeva barəsində isə 3 il sınaq müddəti olmaqla şərti cəza təyin edilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıblar.

Təqsirləndirilən şəxslərin vəkilləri hökmdən apellyasiya şikayəti verəcəklərinmi bildiriblər.

XATIRLATMA

"Sevil massivi" MTK-nın təsisçisi Aynur Zeynalov və həmin kooperativin direktoru Elçin İsmayılov digər məsul şəxslərlə birgə 2014-cü iliun iyulunda həbs ediliblər. İstintaq orqanı onları qanunsuz sahibkarlıqda, vergi ödəməkdən yayınmaqda və rüşvət almaqda ittiham edib.

Vergilər Nazirliyində başlanmış cinayət işi üzrə istintaq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.

Təqsirləndirilən şəxslərə yekunda Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddələri ilə ittiham irəli sürülmüşdü.

Bir qrup insan isə "Sevil massivi" MTK-dan torpaq sahəsi alıb zərərə düşmüşdülər. Söhbət eyni torpaq sahələrinin bir neçə nəfərə satılmasından gedirdi. Həmin şəxslər torpaq sahələrinə görə ödədikləri pullarının geri qaytarılması tələbi ilə bir neçə dəfə aksiya keçirmişdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG