Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 23:42

Məhkəmə Qiyas İbrahimovun şikayətini rədd edib


Qiyas İbrahimov

İyulun 10-da Sabunçu rayon Məhkəməsi həbsdəki gənc fəal Qiyas İbrahimovun şikayətini təmin etməyib.

İbrahimovun vəkilləri onun şəxsi yazışma sirrinin, konfidensial ünsiyyət qurmaq hüquqlarının pozulduğunu iddia edirdilər.

Vəkil Elçin Sadıqov məhkəmə prosesindəki çıxışında Qiyas İbrahimovun təcridxanadan ona məktub yazdığını deyib: “Mart ayında mənə məktub yazmışdı. Ancaq Bakı İstintaq Təcridxanasının rəhbərliyi həmin məktubu açıb oxumuşdu. Bu şəxsi yazışma, habelə vəkillə konfidensial ünsiyyət qurmaq hüququnun pozuntusudur”.

Buna da bax:​ Qiyas İbrahimovla görüşən vəkil onun həyatının təhlükədə olduğunu deyir

Vəkil məhkəmə heyətindən şikayətin təmin edilməsini, İbrahimovun hüququnun pozulduğunun tanınmasını tələb edib.

Hakim Süleyman Ağayev şikayəti rədd edib. Hakim qərarı gənc fəalın hazırda Bakı İstintaq Təcridxanasında saxlanılmaması ilə izah edib.

E.Sadıqov məhkəmədən sonra deyib ki, bu qərar qanunsuzdur. O apellyasiya şikayəti verəcək.

Buna da bax: Avropa Məhkəməsi gənc fəalların şikayətini icraata götürüb

XATIRLATMA

“Heykəl məhbusu” kimi tanınan gənc fəallar Qiyas İbrahimovla Bayram Məmmədov 2016-cı il mayın 10-da saxlanılıblar.

Daxili İşlər nazirliyi hər iki şəxsin yaşadığı evdən 1 kiloqramdan çox heroin tapılması barədə məlumat yayıb.

Hər iki şəxs məhkəmədə işgəncələrə məruz qaldıqlarını desələr də, Ombudsman Aparatı gənc fəalların üzərində hər hansı xəsarət izi olmadığını bəyan etmişdi.

Buna da bax:​ Qiyas İbrahimovun atası istintaqa çağırılıb

10 il azadlıqdan məhrum edilən gənclər ittihamı rədd edir, keçmiş prezident Heydər Əliyevin heykəli üzərinə “Qul bayramınız mübarək” şüarı yazdıqlarına görə həbs olunduqlarını bildirirlər.

“Amnesty İnternational” hər iki məhkumu “vicdan məhbusu” elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG