Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 15:05

Türkiyə və Azərbaycan prezidentləri hərbi əməkdaşlığı da müzakirə edir


Azərbaycan ordusu arxiv

İyulun 9-da Azərbaycan prezidenti İlham Əliyev İstanbulda türkiyəli həmkarı Recep Tayyip Erdoğanla görüşüb.

Prezidentin mətbuat xidmətinin verdiyi xəbər’ görə, görüşdə Türkiyə-Azərbaycan münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb, siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin yüksək səviyyədə olduğu bildirilib.

Söhbət zamanı iki ölkə arasında energetika sahəsində strateji əhəmiyyətli layihələrin uğurla icrasına toxunulduğu da qeyd edilir.

Məlumatda həmçinin dövlət başçılarının iki ölkənin hərbi sahədə əməkdaşlığının daha da genişləndirilməsi və möhkəmləndirilməsi, Dağlıq Qarabağ münaqişəsi haqqında müzakirə aparıldığı deyilir.

Buna da bax: İlham Əliyev Tillersonla görüşəcək

XATIRLATMA

İyulun 9-da Türkiyəyə gedən Azərbaycan prezidenti İlham Əliyevin məqsədi İstanbulda keçirilən XXII Dünya Neft Konqresində iştirak etməkdir.

Konqresə dünyanın aparıcı neft və qaz şirkətlərinin rəhbərlərinin qatılalcaqları, Türkiyənin ilk dəfə ev sahibliyi etdiyi tədbirdə də neft-qaz yataqlarına aid kəşfiyyat işləri, karbohidrogen ehtiyatların emalı, hazır məhsulların daşınması, onların alıcı tərəflərə təhlükəsiz çatdırılması və digər məsələlər ətrafında müzakirələr aparılacağı gözlənilir.

1933-cü ildə Londonda təsis edilən Dünya Neft Konqresi 70 ölkəni birləşdirir. Bu konqres ötən dövrdə dünyada enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfələr verib.

Konqres iyulun 13-dək davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG