Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:34

İŞİD Sinay yarımadasındakı hücuma görə məsuliyyəti götürüb


İŞİD (arxiv fotosu), 4 iyul 2017

İyulun 7-də islamçı yaraqlılar Misirin Sinay yarımadasındakı hərbi hissəyə hücum edib. Maşına qoyulmuş bomba və pulemyot atəşiylə gerçəkləşdirilmiş hücumda azı 23 əsgər həlak olub.

Azı 26 nəfərin yaralandığı hücuma görə məsuliyyəti İslam Dövləti (İŞİD) qruplaşması üzərinə götürüb.

Buna da bax:​ İŞİD Mosulla Raqqanı itirir. Bəs sonra?

Rəsmilərin sözlərinə görə, atışma yarım saatadək çəkib. Hücum zamanı bir neçə yaraqlının da öldürüldüyü bildirilir.

Yaraqlılar geri çəkilməzdən öncə hərbi hissəni talan edib silah-sursat oğurlayıblar.

ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert deyib ki, Birləşmiş Ştatlar hücumu pisləyir və “terrorçuluqla mübarizədə Misirin yanındadır”.

Günün bütün mövzuları

XS
SM
MD
LG