Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 00:20

İŞİD Mosulla Raqqanı itirir. Bəs sonra?


İraq tankı Mosulda İŞİD-ə atəş açır. 5 iyul 2017

«İslam Dövləti» (İŞİD) qruplaşması yaraqlıları iki əsas istehkamından çıxarılırlar. Onla İraqın şimalındakı Mosul və Suriyanın şərqindəki Raqqadan sıxışdırılırlar.

«The Washington Post» qəzetində Ishaan Tharoor qruplaşmanın məğlubiyyətindən sonra olacaqları proqnozlaşdırır və yazır ki, heç kəs bu qələbəyə arxayın olmamalıdır. Çünki saysız mülki şəxslər zəif düşüb, onlara yardım gərəkir, aclıq çəkirlər. Mosulda onlarla, yüzlərlə dinc sakin koalisiyanın zərbələrindən məhv olub.

DRAMIN BİRİNCİ PƏRDƏSİ

«İndi canlarını qurtara bilən dinc sakinlər gördükləri dəhşətlərdən danışırlar. Onlar artilleriya bombardmanı, snayper gülləsi, intiharçı hücumlarına məruz qalıblar. Qorxu içində yaşayırlar, evlərində ərzaqsız, susuz gizlənirlər», – bunu Beynəlxalq Qırmızı Xaç Komitəsini sözçüsü Iolanda Jaquemet deyib.

«Suriya Demokratik Qüvvələri»ni (SDF) Raqqada
«Suriya Demokratik Qüvvələri»ni (SDF) Raqqada

«Bu zorakılıq və travma kontekstində sülhü təmin etmək müharibəni udmaqdan daha çətin olacaq... İraqda Mosulun azad olunması ölkənin şimalında gedən gərgin dramın yalnız birinci pərdəsidir. Bağdaddakı şiə hökuməti nəzarətini gücləndirməyə çalışacaq. İŞİD-lə mübarizədə vacib rol oynamış İraq kürdləri muxtar regionda müstəqillik referendumu istəyirlər. Yerli sünnilər təhlükəsizlik vakuumunu doldurmağa kömək etmiş, İranın dəstəklədiyi döyüşçülərə inanmırlar», – müəllif yazır.

«İŞİD-ə qarşı döyüşlərin böyük hissəsi 1930-cu illərdə Kərkükdə neft tapılandan savaş gedən bir regionda aparılıb. Burada ərəblər, kürdlər, şiələr və sünnilər, İran və Türkiyə kimi qonşular və kürdlərin öz aralarında dərin münaqişələr daha da qızışacaq...», – Beynəlxalq Böhran Qrupundan Joost Hiltermann yazır.

İŞİD qovulandan sonra kişilər bərbərxanaya axışır
Gözlə

No media source currently available

0:00 0:01:00 0:00

TÜRK LƏHCƏSİYLƏ DANIŞAN KOMANDİRLƏR

Raqqa kampaniyası da geosiyasi mürəkkəbliklə əhatələnib. Türkiyə Birləşmiş Ştatların dəstəklədiyi «Suriya Demokratik Qüvvələri»ni (SDF) qadağan olunmuş PKK qruplaşmasıyla əlaqələrinə görə qəbul etmir. PKK-nı həm Ankara, həm də Vaşinqton terrorçu təşkilat sayır. Müəllif yazır ki, həmkarı Alice Martins bu yaxınlarda Raqqa cəbhəsindəki SDF döyüşçülərinə qoşulub.

«Rastlaşdığım komandirlərin bəzilərinin PKK ilə birbaşa əlaqəsi vardı. Türk ləhcəsiylə danışırdılar, bəzən haradan olduqlarını demirdilər. Çox vaxt heç savaşdıqları kəndlərin adlarını belə bilmirdilər», – Martins yazıb.

Müəllifin yazdığına görə, mülki və hərbi planlayıcılar Suriyadakı müharibənin artıq növbəti mərhələsinə hazırlaşırlar. Müşahidəçilər Vaşinqtonun Suriya hökuməti və İran qüvvələri ilə birbaşa münaqişəyə çəkiləcəyini düşünürlər. Çünki hər ikisi ölkənin cənubundakı ucu-bucağı görünməyən səhralıq uğrunda mübarizə aparırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG