Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 21:04

Fikrət Fərəməzoğluna bəraət istənilir


Fikrət Fərəməzoğlu

Jam.az (Jurnalist Araşdırmaları Mərkəzi) saytının rəhbəri, jurnalist Fikrət Fərəməzoğlunun 7 il azadlıqdan məhrum edilməsi haqda hökmdən apellyasiya şikayəti verilib.

Onun vəkilləri Elçin SadıqovCavad Cavadlının verdikləri apellyasiya şikayətində F.Fərəməzoğlu barəsində bəraət hökmünün çıxarılması istənilir.

Bu haqda AzadlıqRadiosuna vəkil E.Sadıqov məlumat verib.

XATIRLATMA

Fikrət Fərəməzoğlu Cinayət Məcəlləsinin 182-ci maddəsiylə ittiham olunur. O, müxtəlif restoran, iaşə obyektlərinin sahiblərindən hədə-qorxu ilə pul tələb etməkdə suçlanır. Amma jurnalist ittihamı qəbul etmir, «restoran», «masaj salonu» adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvalarını ifşa etdiyinə görə sifarişlə həbs olunduğunu bildirir.

İyunun 14-də jurnalist 7 il azadlıqdan məhrum edilib.

F.Fərəməzoğlu 10 il öncə də cinayət məsuliyyətinə cəlb edilib. Həmin vaxt daxili işlər naziri Ramil Usubov şərəf və ləyaqətini ləkələdiyi üçün jurnalisti məhkəməyə vermişdi. Nəticədə jurnalistə bir il şərti həbs cəzası kəsilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG