Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 10:27

İcra başçısının 'var-dövləti'ndən yazan jurnalistin həbsi istənilir


Şirin Cəfərli

“Gündəm-xəbər” qəzetinin təsisçisi və baş redaktoru Şirin Cəfərlinin böhtana görə həbs edilməsi istənilir.

Bu haqda Turan-a hüquq müdafiəçisi Oktay Güləliyev məlumat verib.

Onun sözlərinə görə, jurnalisti Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova məhkəməyə verib.

Buna da bax:​ Jurnalisti polislərin apardığı deyilir

İcra başçısı məhkəməyə xüsusi ittiham qaydasında müraciət edib. Bu haqda məhkəmədən deyiblər. İradə Gülməmmədova Ş.Cəfərlinin Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə (böhtan) məsuliyyətə cəlb olunmasını tələb edib. Həmin maddə 3 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur.

İcra başçısının məhkəməyə müraciət etməsinə səbəb “Gündəm-xəbər”də “Abşeronun icra başçısı nə qədər var-dövlətə sahibdir?” sərlövhəli məqalənin yayılması olub. İcra başçısı məqalədəki bilgilərin həqiqi olmadığını bildirir.

Abşeron rayon İcra Hakimiyyəti
Abşeron rayon İcra Hakimiyyəti

Şirin Cəfərlinin əvvəllər də peşə fəaliyyətinə görə çək-çevir edildiyi bildirilir. O, 2013-cü ildə Kəpəz Rayon Məhkəməsinin hökmü ilə CM-nin 213.2.2 (külli miqdarda gəlir əldə etməklə vergi ödəməkdən yayınma) maddəsi ilə 3 il şərti azadlıqdan məhrum edilib.

Buna da bax: '12 jurnalist, bloqçu ifadə azadlığına görə həbsdədir'

Məhkəmə Vergilər nazirliyinin jurnalistə qarşı mülki iddiasını da təmin edərək, dövlət büdcəsinə 71 min 478 manat ödəməsinə qərar verib. Jurnalist həmin məbləğin 540 manatını ödəyib. Ş.Cəfərli vəsaiti ödəyə bilmədiyinə görə həbs təhlükəsi ilə üzləşib. Ədliyyə Nazirliyinin İstintaq İdarəsi ona qarşı cinayət işi də başlayıb.

Ş.Cəfərli isə 71 min manat ödəniş etməsini nəzərdə tutan qərarın qanunsuz və əsassız olduğunu iddia edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG