Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 20:03

Brüsseldə terrorçuluqda şübhəli bilinən 4 nəfər saxlanıb


Foto arxiv

Brüssel polisi terrorçuluqla mübarizə çərçivəsində axtarış zamanı terrorçuluqda şübhəli bilinən 4 nəfəri saxlayıb.

Bundan başqa Avtomat Kalaşnikov silahı və sursat aşkar edilib.

Bu barədə iyulun 5-də RTBF televiziya kanalı məlumat yayıb.

Polis bir neçə mənzildə axtarış aparıb.

“İslam dövləti” qrupu da daxil olmaqla onların radikal islamçılarla əlbir olduqları bildirilir.

Saxlananlar bundan əvvəl-yeni il ərəfəsində Brüsseldə terror aktına hazırlaşmaqda ittiham olunurdular.

Qeyd edək ki, iyunun sonlarında Brüssel vağzalında növbəti terror cəhdinin qarşısı alınıb.

Əslən mərakeşli olan bir nəfər çantadakı partlayıcını işə salmaq istəyərkən polis onu yerindəcə güllələyib.

2015-ci ilin martında Belçikada törədilən terror aktlarından sonra ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib.

Həmin vaxt paytaxtdakı hava limanı və metroda törədilən partlayışlarda 32 adam öldü.

Bu hücuma görə cavabdehliyi “İslam dövləti” qrupu üzərinə götürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG