Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 04:20

Odessada SOCAR-ın da neft məhsulları saxlanılan bazada yanğın baş verib


Foto arxiv

Ukraynanın Odessa vilayətindəki "Svitanok" neft bazasında güclü yanğın baş verib.

"APA-Economics" "Oil News" agentliyinə istinadən verdiyi məlumata görə, bu bazada SOCAR və digər şirkətlərin neft məhsulları saxlanılır.

Fövqəladə Hallar Komissiyasının yerli bölməsi məlumatı təsdiqləyib.

Hadisə yerinə yanğınsöndürən briqadalar göndərilib.

"Dumskaya" portalı isə neft bazasının ərazisində yanacaq daşıyan avtomobilin partladığını xəbər verir.

Partlayış nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir.

SOCAR-ın Ukraynadakı törəmə müəssisəsinin mətbuat xidməti də bildirir ki, yanğın OKKO şirkətinə məxsus yanacaq daşıyan avtomobilin partlaması nəticəsində baş verib: "Neft bazasının anbarları və çənləri xəsarət almayıb. Yaralılara ilkin tibbi yardım göstərilib", deyə məlumatda bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG