Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 20:14

İlham Əliyev: 'ABŞ-ın səylərinə böyük ümidlər bəsləyirik'


Prezident İlham Əliyev

“Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə və ədalətli həllində ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın və şəxsən sizin səylərinizə böyük ümidlər bəsləyirik”.

Prezident İlham Əliyevin ABŞ prezidenti Donald Trampa bu ölkənin Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda belə deyilir.

Buna da bax:​ XİN: Azərbaycan danışıqlara hazırdır

Əliyev məktubunda həmçinin qeyd edib ki, Azərbaycan ilə ABŞ arasındakı münasibətlər diplomatik əlaqələrin qurulmasından sonra ötən 25 ildə dostluq və əməkdaşlıq zəminində dinamik və hərtərəfli inkişaf edib, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

“Enerji təhlükəsizliyinin təmin olunması sahəsində Azərbaycanın həyata keçirdiyi irimiqyaslı transmilli layihələrə ABŞ-ın mühüm və davamlı dəstəyi, beynəlxalq terrorizmə qarşı mübarizədə, Əfqanıstanda sülhyaratma missiyasında ölkələrimizin yaxından və səmərəli əməkdaşlığı tərəfdaşlığımızı səciyyələndirən başlıca amillərdəndir”, - prezident bildirib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG