Keçid linkləri

Təcili xəbərlər
2018, 23 May, çərşənbə, Bakı vaxtı 22:35

«Prezidentlər səviyyəsində Sankt-Peterburqda keçirilən görüşdən sonra verilən birgə bəyanatda Qarabağ münaqişəsini həlli üçün Ermənistan və Azərbaycanın substantiv danışıqlar aparmalı olduğu təsbit olunub».

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun deməsinə görə, bu xüsusda regiona son səfərlərindən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri nazirlər səviyyəsində görüşmək barədə təklif irəli sürüblər və Azərbaycan bu təklifə hazır olduğunu deyib:

«Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, münaqişənin tezliklə həlli və qəbuledilməz mövcud status-kvonun dəyişdirilməsi üçün substantiv danışıqlara hazırdır».

XATIRLATMA

ATƏT-in Minsk qrupu həmsədrləri bu ayın əvvəlində bölgədə səfərdə olublar. Prezidentlər səviyyəsində sonuncu görüş isə ötən il Sankt-Peterburqda keçirilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG