Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:43

Fındıq bağlarına xəstəlik düşüb


Fındıq bağları

Şəki-Zaqatala bölgəsinin findıq bağları unlu şeh xəstəliyinə mübtəla olub. Buna yaz aylarında hava şəraitinin qeyri-sabit keçməsi, nisbi rütubətin çoxluğu və intensiv yağan yağışlar səbəb olub.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin məlumatında belə deyilir.

Məlumatda bildirilir ki, xəstəlikdən qorunmaq üçün gərəkli addımlar atılıb.

Buna da bax:​ Kəndlilər: 'Fındıq bağları əlimizdən alınır'

Xidmət əməkdaşlarının fermerlərə verdiyi tövsiyələr əsasında, bu günə qədər unlu şeh xəstəliyinə qarşı 465 hektar, fındıq uzunburun böcəyinə qarşı isə 231 hektar sahədə kimyəvi mübarizə tədbirləri həyata keçirilib.

Dövlət Fitosanitar Nəzarəti Xidməti fermerlərə hava şəraitinin əlverişli olduğunu nəzərə alaraq fındıq bağlarında xəstəliyə qarşı mübarizə tədbirlərini davam etdirməyi məsləhət görüb.

Unlu şeh xəstəliyini “phyllactinia guttata” göbələyi törədir. Göbələk bitkilərin yarpaqlarını zədələyir və una oxşar örtük əmələ gətirir.

Buna da bax:​ Fındıq toplayanlar məhsullarını satmayıb qiymətin qalxmasını gözləyir

Xəstəlik bitkilərin birillik budaqlarını daha çox zədələyir. Unlu şeh xəstəliyinə tutulmuş yarpaqlar saralıb quruyur və vaxtsız tökülür. Xəstəliyə tutulmuş bitkilərin yarpaqlarında maddələr mübadiləsi pozulur, bitkinin inkişafı zəifləyir, məhsuldarlığı aşağı düşür və keyfiyyəti pisləşir.

Unlu şeh xəstəliyinə qarşı mübarizə məqsədilə yerə tökülmüş yarpaqlar yığılaraq məhv edilməli, bitkilərin vegetasiya dövründə xəstəliyə qarşı 1%-li kolloid kükürdün suspenziyası və ya 1%-li əhəng kükürd həlimi ilə 2-3 dəfə çiləmə aparılmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG