Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyun, çərşənbə, Bakı vaxtı 16:49

Bu gün, iyunun 30-da ölkə parlamenti «Milli Məclis deputatının etik davranış qaydaları haqqında» Qanun layihəsini ikinci və üçüncü oxunuşda müzakirə edib.

Müzakirələr zamanı bildirilib ki, sözügedən qanunun qəbulu Konstitusiyanın tələbidir.

Ötən il keçirilən referendumda Konstitusiya edilən dəyişiklikdə deputatın etik davranış qaydalarının qanunla müəyyən edilməli olması göstərilib.

Qanun layihəsi 13 maddədən ibarətdir. Qanuna görə, deputatlar başqalarının işgüzar nüfuzuna hörmət etməli, fəaliyyətində qərəzsiz olmalı, qanunsuz maddi və qeyri-maddi nemətlərdən, güzəştlərdən yararlanmamalı, hədiyyə almamalıdırlar.

Qanun layihəsi deputatların başqa həmkarlarının əvəzinə səs verməsini də qadağan edir. Onların üzərinə münaqişələrdən çəkinmək, öz mövqeyini hədə, təhdid və digər zorakı hərəkətlərlə bildirməmək kimi vəzifələr qoyur.

Layihəyə əsasən, etik qaydaların pozulmasına görə hətta deputatlıq statusuna xitam da verilə bilər.

Deputatlar qanun layihəsini hər iki oxunuşda qəbul ediblər.

XATIRLATMA

Ötən ilin sentyabrında referendum yolu ilə ölkə Konstitusiyasına bir sıra dəyişiklik edilib. 26 maddəlik dəyişiklik layihəsində prezident səlahiyyətinin və müddətinin artırılması öz əksini tapmışdı. Habelə ölkədə vitse-prezidentlik institutunun yaradılmasına yaşıl işıq yandırılırdı.

Artıq Konstitusiyaya edilən həmin dəyişiklikdən sonra ölkədə prezidentdən sonra ikinci şəxs baş nazir yox, Birinci vitse-prezident sayılır. Bu il prezident İlham Əliyevin sərəncamı ilə onun xanımı Mehriban Əliyeva Birinci vitse-prezident təyin edilib.

Müxalifət partiyaları bunu ölkədə hakimiyyətin bir ailədə cəmləşməsi kimi dəyərləndirmişdi. Hakimiyyətin müdafiəçilərinə görə isə, bütünlükdə dəyişikliklər ölkənin təhlükəsizliyinə və daha çevik idarə edilməsinə xidmət edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG