Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 20:24

Türkmənistaqnda “Asiya oyunları”na görə tələbələri də tətilə buraxmırlar


Foto arxiv

Türkmənistaqnda “Asiya oyunları”na görə tələbələri də yay tətilinə buraxmırlar.

Yay tətilinin başlanmasına baxmayaraq Marı şəhərindəki xüsusi orta təsil müəssisələrinin tələbələrini evə buraxmırlar.

Bu barədə Azadlıq Radiosunun Türkmənistan xidməti məlumat verir.

Mənbənin yazdığına görə, söhbət əsasən şəhərdəki pedaqoji, tibbi və neft-qaz texniki-peşə məktəblərindən gedir.

Bu təhsil müəssisələrinin hər birində orta hesabla 150 tələbə oxuyur və onların hamısı yataqxanada qalmağa məcbur olublar.

Aşqabaddan olan şərhçi Amanmurad Buqayev valideyinlərə istinadla deyir ki, tələbələri bu şəhərdə keçiriləcək at yarışı ilə bağlı tədbirlərə cəlb edirlər.

Bu at yarışı isə “Asiya oyunları” na hazırlıq çərçivəsində kjeçirilir.

Tələbələr gyarış iştirakçılarını qəbul edir, tədbirlərdə mahnı oxuyur, rəqs edirlər.

“Asiya oyunları” Sentyabrın 17-27 arası Aşqabadda keçiriləcək.

Azadlıq Radiosunun Türkmənistan xidməti bundan əvvəl müəllimlərin də “Asiya oyunları”na görə yay tətilinə buraxılmaması barədə məlumat vermişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG