Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 12:10

Bayram Məmmədovun aclığı dayandırdığı deyilir


Gənclər bir günün içində necə "narkoman" oldu?
Gözlə

No media source currently available

0:00 0:02:09 0:00

Gənclər bir günün içində necə "narkoman" oldu?

13 saylı Cəzaçəkmə Müəssisində saxlanan gənc fəal Bayram Məmmədovun aclığı dayandırdığı bildirilir. Bu haqda gəncin atası Fərman Məmmədov bildirib.

«İyunun 27-də evə zəng edən B.Məmmədov xəbər verdi ki, saxlanma şəraitinin pis olmasına etiraz olaraq keçirdiyi aclıq aksiyasını dayandırıb», - fəalın atası F.Məmmədov bildirib.

B.Məmmədov cəzaçəkmə müəssisəsində ayrıseçkilik nəticəsində pis rəftara və işgəncələrə məruz qaldığını bildirərək, iyunun 23-dən aclıq aksiyasına başladığını bəyan etmişdi. Gənc fəal bildirirdi ki, onun yeri tualetin yaxınlığında verilib. Pəncərə də daim açıq olduğundan bu onun səhhətinə pis təsir göstərir. O, deməsinə görə, yerinin dəyişdirilməsindən ötrü müəssisə rəhbərliyinə müraciət edib. Ona yerinin dəyişdiriləcəyi vədi verilib. Ancaq bu vəd indiyə kimi yerinə yetirilməyib. Gənc fəalın bildirməsinə görə, sonradan ona çatdırılıb ki, o, Heydər Əliyevin abidəsinə şüar yazdığından bu münasibətlə üzləşib.

Gəncin atası F.Məmmədov deyir ki, oğlu aclıq aksiyasına əl atdıqdan sonra müəssisə rəhbərliyi ondan bunu dayandırmağı xahiş edib və ona başqa yer veriləcəyini söyləyiblər.

Atasının bu açıqlamalarına hələlik 13 saylı Cəzaçəkmə Müəssisəsi və Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Ancaq bundan əvvəl də gənc fəalın cəzaçəkmə müəssisində işgəncə və pis münasibətə məruz qalması ilə bağlı şikayəti olmuşdu. Həmin şikayətin Penitensiar Xidmətdə araşdırıldığı açıqlanmışdı.

Bu haqda gənc fəalın vəkili Elçin Sadıqova Penitensiar Xidmətin əməliyyat-rejim idarəsinin rəisi Mirsaleh Seyidov məlumat vermişdi.

İdarə rəisinin göndərdiyi məktubda yazılırdı ki, araşdırma zamanı B.Məmmədovun qanunsuz hərəkətlərə məruz qalması barədə hallar təsdiqini tapmayıb.

«Cəza çəkdiyi dövrdə məhkum Bayram Məmmədov Cəzaların İcrası Məcəlləsinə uyğun olaraq, maddi məişət şəraiti ilə təmin olunub. İşgəncələrə, qeyri-insanı rəftara və ya ləyaqəti alçaldan rəftara məruz qalmayıb. Onun şəxsi təhlükəsizlik hüququ qanunvericilikdə nəzərdə tutulmuş qaydada təmin olunur», – idarə rəisinin məktubunda yazılırdı.

XATIRLATMA

B.Məmmədov digər gənc fəal Qiyas İbrahimli ilə birgə ötən il mayın 10-da saxlanıb. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.

Ancaq gənclər məhkəmədə ittihamları qəbul etməyiblər. Keçmiş prezident Heydər Əliyevin abidəsinə «Qul bayramınız mübarək!» şüarı yazılmasına görə həbs edildiklərini bəyan ediblər. Məhkəmənin qərarı ilə onlara 10 il həbs cəzası verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG