Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 01:58

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xətai rayonunun Neapol küçəsi ilə Nəsrəddin Tusi küçələrinin kəsişməsində yerləşən yaşıllıq sahəsində ağacların kəsilməsi ilə bağlı şikayət alıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, şikayət yerində araşdırılıb.

«Əraziyə keçirilən baxış zamanı müxtəlif diametrli 32 ədəd eldar şamı və sərv cinsli ağacların qanunsuz kəsilməsi faktı aşkar olunub. Faktla bağlı akt tərtib edilərək toplanmış sənədlər tədbir görülməsi üçün Xətai rayon Polis İdarəsinə göndərilib. Eyni zamanda, ərazidə yeni ağacların əkilməsi təmin olunub»,-məlumata vurğulanır

Eldar şamının təbii şəkildə əsasən Azərbaycanda bitdiyi deyilir. Azərbaycanda Samux rayonu ərazisində Eldar Şamı Dövlət Qoruğu fəaliyyət göstərir. Eldar şamı Azərbaycanda «Qırmızı kitab»a düşən bitkilərdəndir.

Günün bütün mövzuları

XS
SM
MD
LG