Birləşmiş Ştatlarda bir sıra hökumət saytlarına haker hücumu olunub və iyunun 25-də çoxu qapadılıb. Daha çox Ohayo ştatında olan saytlarda «İslam Dövləti» (İŞİD) ekstremist qruplaşmasına dəstək göstərən mesaj yerləşdirilib.
Özünü «Team System DZ» adlandıran qrup Ohayonun respublikaçı qubernatoru John Kasich-in vebsaytına yerləşdirdiyi mesajda yazır ki, «prezident Donald Trump müsəlman ölkələrində tökülən hər damcı qana görə məsuliyyət daşıyır».
«İslam dövlətini sevirəm», – mesajda yazılıb.
Digər rəsmi saytlara da oxşar mesaj yayılıb.
Vebsaytların bəziləri iyunun 26-da tezdən işləməyiblər.
Əvvəllər oxşar haker hücumlarına görə məsuliyyəti «Team System DZ» üzərinə götürüb.