Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 22:02

Azərbaycanlı deputat AŞPA-da korrupsiyadan məruzə edəcək


Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov

Azərbaycanlı deputatlar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında iştirak etmək məqsədi ilə iyunun 25-dən iyulun 2-nə kimi Strasburqda səfərdə olacaqlar.

Bu haqda parlamentin məlumatında bildirilir.

Buna da bax:​ Həmməruzəçilər: ‘Bakı öz öhdəliklərini yerinə yetirməlidir’

Nümayəndə heyətinə AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, parlamentin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sahibə Qafarova, Sabir Hacıyev, Qənirə PaşayevaMüslüm Məmmədov daxildirlər.

Sessiya dövründə Daimi Komitə və Büronun fəaliyyətinə dair hesabat dinləniləcək.

Buna da bax:​ İntiqam Əliyev: 'İndi hökumət iki yoldan birini seçməlidir' [video]

Parlament Assambleyasının təməl prinsiplərinin gücləndirilməsi, parlamentlərin korrupsiyaya ilə mübarizədə rolu, idarəetmə sistemində korrupsiya, Belorusda vəziyyət və sair məsələlərin sessiyanın gündəliyində olacağı bildirilir.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov isə AŞPA-da “İdarəetmə sistemində korrupsiya” mövzusunda məruzə ilə çıxış edəcək.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG