Keçid linkləri

Təcili xəbərlər
2018, 23 May, çərşənbə, Bakı vaxtı 03:10

Həmməruzəçilər: ‘Bakı öz öhdəliklərini yerinə yetirməlidir’


Florin Cezar Preda və Stefan Schennach

Həmməruzəçilər bloqqer Mehman Qələndərovun bu il saxlandığı təcridxanada ölməsi ilə bağlı işinin effektiv araşdırılmasını istəyir.

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Stefan Schennach və Cezar Florin Preda-nın Azərbaycana səfərlərinin yekunları ilə bağlı verdikləri bəyanatda bu istək öz əksini tapıb.

Sənəddə bildirilir ki, həmməruzəçilər Azərbaycanda insan hüquqlarına əməl edilməsi məsələlərini müzakirə ediblər. 2016-cı ildə bəzi fəalların azadlığa buraxılması alqışlanıb, son aylar baş verən yeni həbslərlə bağlı narahatlıq bildirilib.

Buna da bax:​ Həmməruzəçilər ədliyyə naziri ilə görüşüb

Həmməruzəçilər ümidvar olduqlarını bildiriblər ki, 2017-ci ildə daha çox məhbus buraxılacaq.

Onlar ədalət mühakiməsi sistemi ilə bağlı əvvəlki müzakirələri davam etdirdiklərini qeyd ediblər.

“Bu, həqiqətən müstəqil, qərəzsiz və icra hakimiyyətinin müdaxiləsindən kənar olmalıdır. Cinayət mühakiməsi şəffaf, hesabatlı olmalı, təqsirsizlik prezumpsiyasına və bərabər hüquq prinsipinə hörmətlə yanaşılmalıdır”, – bəyanatda vurğulanır.

Həmməruzəçilər QHT-lərin fəaliyyətini və maliyyələşdirilməsini tənzimləyən qanunvericilikdə məhdudlaşdırıcı normaların ləğvinin vacibliyi məsələsini də qeyd ediblər.

Buna da bax:​ Fazil Mustafa: 'Gözləyək, görək nə qərar verəcəklər' [yenilənib]

Bəyanatda ifadə və KİV azadlığı ilə bağlı durumun narahatlıq doğurması, həbsdəki bloqqer Mehman Hüseynovun işinin düzgün araşdırılmasının vacibliyi vurğulanır.

“Gündəlikdə duran digər məsələ Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının, xüsusilə İlqar Məmmədov ilə bağlı qərarın yerinə yetirilməsidir. Avropa Məhkəməsinin qərarlarının yerinə yetirilməsi çox vacibdir. Bu, Avropa Şurasının üzvləri üçün çox vacibdir", - həmməruzəçilər xatırladıblar.

İlqar Məmmədovla bağlı Avropa İnsan hüquqları Məhkəməsinin qərarında onun azadlığa çıxması istənilir.

Həmməruzəçilər Azərbaycana səfərləri zamanı həbsdə olan şəxslərlə - İlqar Məmmədov, Məmməd İbrahim, Səid Dadaşbəyli, Mikayıl İdrisov, İlkin Rüstəmzadə, Mehman Hüseynovla və bəzi məhbusların ailə üzvləri ilə görüşdüklərini qeyd ediblər.

Buna da bax: Həmməruzəçilər müxalif liderlərlə görüşüb

Onların görüşdüyü şəxslər siyasi məhbuslarla bağlı hazırlanan siyahılarda yer alırlar.

Həmməruzəçilər, habelə Azərbaycanda demokratik institutların fəaliyyəti haqda hesabatın ilkin layihəsini bu ilin sentyabrında Monitorinq Komitəsinin iclasına təqdim edəcəklər. Sənəd 2017-ci ilin oktyabrında müzakirəyə çıxarılacaq.

Xatirlatma

Stefan SchennachCezar-Florin Preda iyunun 12-dən 14-nə kimi Bakıda səfərdə olub.

Onlar Azərbaycana demokratik təsisatların durumu ilə bağlı hesabat hazırlamaqdan ötrü səfər etmişdilər.

Buna da bax: 'Həmməruzəçilər İlqar Məmmədovla bağlı ümidverici danışdılar'

Həmməruzəçilər səfər çərçivəsində prezident İlham Əliyevlə, digər rəsmilərlə, müxalif partiyalarının liderləri ilə və vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşüblər.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər konkret törətdikləri əmələ görə, məsuliyyətə alınıblar.

Üstəlik, Respublika Günündə çıxış edən prezident İlham Əliyev deyib ki, Azərbaycanda bütün hüquqlar tanınıb. Buraya söz və ifadə azadlığı ilə da bağlı hüquqlar daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG