Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 23:14

ABŞ səfiri:"Rusiya Gürcüstanın NATO-ya daxil olmasını əngəlləyir"


Ian Kelly

ABŞ-ın Tbilisidəki səfiri İan Kelly deyir ki, Rusiya Gürcüstanın NATO-ya qoşulmasını əngəlləyir və onun müstəqilliyinə hörmət etmir.

Azadlıq Radiosunun məlumatına görə, diplomat belə bir bəyanatla ABŞ-la Gürcüstan arasında diplomatik əlaqələr qurulmasının 25 illiyi münasibətilə keçirilən mərasimdə çıxış edib.

“Rusiya Gürcüstanın NATO-ya daxil olmaması üçün əlindən gələni edir. Gürcüstanın, qonşularının müdafiəsi və suverenliyindən çox danışan, amma əslində heç nəyi müdafiə etməyən qonşusu var”, deyə səfir vurğulayıb.

Kelly deyib ki, Moskva Gürcüstanı suveren, müstəqil dövlət hesab etmir və elə vəziyyətdə saxlamağa çalışır ki, NATO-ya daxil ola bilməsin.

Günün bütün mövzuları

XS
SM
MD
LG