Keçid linkləri

Təcili xəbərlər
2019, 23 Yanvar, çərşənbə, Bakı vaxtı 21:57

Rayonlarda yağış, dolu gözlənir


Yağış

İyunun 22-si Bakı və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 18-20, gündüz 22-25, Bakıda gecə 18-20, gündüz 23-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysana keçəcəyi, dolu düşəcəyi ehtimalı var. Gecə 15-20, gündüz 23-28, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG