Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Fevral, Bazar ertəsi, Bakı vaxtı 03:31

MN: 'Ermənistan kəşfiyyatçısı saxlanıb'


Müdafiə Nazirliyi

Azərbaycanın Ermənistan hərbçisini saxladığı bildirilir.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, iyunun 20-si axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib.

Nazirliyin bildirməsinə görə, Azərbaycan silahlı bölmələrinin qabaqlayıcı tədbirləri nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib. Kəşfiyyat qrupunun bir üzvünün isə ələ keçirildiyi açıqlanıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Tərəflər bir-birin tez-tez atəşkəs pozuntusunda və müxtəlif təxribatlarda ittiham edir.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG