Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 10:16

Ölkə parlamenti 2017-ci ilin dövlət büdcəsinə yenidən baxa bilər.

APA xəbər verir ki, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanuna bununla bağlı əlavə və dəyişikliklərin edilməsi təklif edilir.

Layihənin iyunun 30-da Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılması gözlənilir.

Buna da bax:​ Dövlətin pulunu özününkü kimi xərcləyənləri ağır cəzalar gözləyir

Əlavə və dəyişiklərin məzmunu hələ ki, açıqlanmayıb.

2017-ci ilin dövlət büdcəsini prezident İlham Əliyev ötən ilin dekabr ayının 27-si təsdiqləyib.

2017-ci ilin dövlət büdcəsinin gəlirləri 16 milyard 255 milyon, xərcləri isə 16 milyard 900 milyon manatdır.

Sənədə görə, mərkəzləşdirilmiş gəlirlər 15 milyard 634 milyon 706 min, yerli gəlirlər 620 milyon 294 min manat təşkil edir.

Buna da bax:​ Büdcə icrasında 368 milyon manat kəsir

Büdcədə Neft Fondundan transfertlər 6.1 milyard manat həcmində nəzərdə tutulur. Büdcədə gəlirlərin hesablanması zamanı neftin ixrac qiyməti bir barelə görə 40 dollar nəzərdə tutulub.

Hazırda Azərbaycan neftinin bir bareli 47 dollar 69 sentə satılır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG