Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 01:51

Trump 22 yaşlı tələbənin ölümünə görə Şimali Koreyanı günahlandırır


Donald Trump

ABŞ prezidenti Donald Trump 22 yaşlı amerikalı tələbə Otto Uormbirin ölümünə görə Şimali Koreyanı günahlandırıb.

O, 15 aylıq həbs cəzasından sonra koma vəziyyətinə düşdüyünə görə bu günlərdə ABŞ hakimiyyətinə təhvil verilmişdi.

Şimali Koreyaya turist kimi gedən Otto Uormbir, guya ki, bu ölkədəki hotellərdən birində təbliğat xarakterli plakatı çrdığına görə həbs olunubmuş.

ABŞ mətbuatı Vaşinqtonun buna görə Şimali Koreyaya yeni sanksiyalar tətbiq edəcəyini istisna eləmirlər.

Otto Frederick Warmbier
Otto Frederick Warmbier

Şimali Koreya hökumətinin dediyinə görə, onun ölümünə səbəb botulizm xəstəliyinə tutulması və yuxu həbi qəbul etməsi olmuşdu.

Amerikalı həkimlərsə ona beyin hüceyrələrinin məhvi diaqnozunu qoyub və orqanizmində botulizm aşkar olunmadığını deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG