Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Avqust, Cümə, Bakı vaxtı 15:11

Satirik şairi gətirmədilər, məhkəmə təxirə düşdü


Tofiq Hüseynli

Həbsdəki satirik şair Tofiq Həsənlinin kassasiya şikayətinə baxış təxirə düşüb. Onun şikayətinə bu gün, iyunun 20-də Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə baxılacaqdı.

T.Həsənlinin vəkili Elçin Sadıqov AzadlıqRadiosu-na deyib ki, şair məhkəmə prosesində iştirak etmək istəyib. Bununla bağlı rəsmi müraciətləri də olub. Ancaq Penitensiar Xidmət T.Həsənlinin məhkəmədə iştirakını təmin etməyib.

Məhkəmə bunu nəzərə alaraq, prosesi qeyri-müəyyən vaxtadək ertələyib.

Buna da bax:​ Satirik şairin işi Ali Məhkəmədə

Tofiq Həsənlinin məhkəməsinə gətirilməməsinin səbəbini, hələlik, Penitensiar Xidmətdən öyrənmək mümkün olmayıb.

XATIRLATMA

Tofiq Həsənli 2016-cı il avqustun 22-də qanunsuz narkotik dövriyyəsi ittihamı ilə 6 il azadlıqdan məhrum edilib. Onun apellyasiya şikayəti də təmin olunmayıb.

T.Həsənli KİV-də hakimiyyətin və dövlət məmurlarının ünvanına tənqidi pamfletləri ilə tanınır.

Buna da bax: Vəkil: 'Həbsdəki satirik şairin ürək ağrıları var'

2005-ci ildə də o, narkotikə görə üç il azadlıqdan məhrum edilib. Amma 2007-ci ildə amnistiya ilə azadlığa buraxılıb.

T.Həsənli Facebook və Youtube hesablarında satiralarını yaymağa davam edib. 2015-ci ilin yanvarında o, həbslə hədələndiyini bildirib, oktyabrda isə saxlanıb. Buna qədər onun xaricdən yayımlanan «Azərbaycan saatı» proqramında tənqidi şerləri oxunurdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG