Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 06:46

Ali Məhkəmə həbsdəki satirik şair Tofiq Həsənlinin kassasiya şikayətini icraata qəbul edib.

Məhkəmənin saytında bildirilir ki, şikayət hakim İmran Hacıqayıbovun sədrlik etdiyi məhkəmə heyətinin icraatına verilib.

Şikayətə sabah, iyunun 20-də baxılacaq.

Satirik şairin vəkili Elçin Sadıqov isə AzadlıqRadiosu-na açıqlamasında T.Həsənliyə azadlıq tələb etdiklərini bildirib.

Buna da bax:​ Vəkil: 'Həbsdəki satirik şairin ürək ağrıları var'

“Şirvan Apellyasiya Məhkəməsinin qərarından verdiyimiz kassasiya şikayətində T.Həsənli barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini tələb etmişik. Bizim qənaətimiz bundan ibrətdir ki, o, tamamilə qurama ittihamlarla həbs olunub. Bu arqumentlərimiz şikayətimizdə də əksini tapıb. İşə ədalətli baxılarsa, şikayətimizin təmin olunacağını düşünürük”, – vəkil deyib.

XATIRLATMA

Tofiq Həsənli 2016-cı il avqustun 22-də qanunsuz narkotik dövriyyəsi ittihamı ilə 6 il azadlıqdan məhrum edilib. Onun apellyasiya şikayəti də təmin olunmayıb.

T.Həsənli KİV-də hakimiyyətin və dövlət məmurlarının ünvanına tənqidi pamfletləri ilə tanınır.

Buna da bax: 'Ombudsman satirik şairin işgəncə iddiasını araşdırmayıb'

2005-ci ildə də o, narkotikə görə üç il azadlıqdan məhrum edilib. Amma 2007-ci ildə amnistiya ilə azadlığa buraxılıb.

T.Həsənli Facebook və Youtube hesablarında satiralarını yaymağa davam edib. 2015-ci ilin yanvarında o, həbslə hədələndiyini bildirib, oktyabrda isə saxlanıb. Buna qədər onun xaricdən yayımlanan «Azərbaycan saatı» proqramında tənqidi şerləri oxunurdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG