Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 02:23

Siyəzənli məhbusların aclığa başladığı bildirilir


Daxili Qoşunlar Siyəzəndə əməliyyat keçirir
Gözlə

No media source currently available

0:00 0:00:41 0:00

Daxili Qoşunlar Siyəzəndə əməliyyat keçirir

Bu gün, iyunun 20-si Siyəzən hadisələri ilə bağlı tutulan şəxslərin apellyasiya şikayətləri üzrə növbəti məhkəmə iclası təxirə salınıb. Proses Sumqayıt Apellyasiya Məhkəməsində keçirilməli idi.

Təqsirləndirilən şəxslərin vəkillərindən Elçin Sadıqov AzadlıqRadiosuna açıqlamasında prosesin qeyri-müəyyən vaxta ertələndiyini bildirib. Vəkilin deməsinə görə, proses Siyəzən hadisələrində təqsirləndirilən şəxslərdən bir nəfərin sonradan apellyasiya şikayəti verməsi ilə bağlı təxirə düşüb.

«Təqsirləndirilənlərdən iki nəfər apellyasiya şikayəti verməmişdi. Onlardan biri şikayətlə məhkəməyə müraciət edib. Onun verdiyi şikayətin prosessual tələblərə uyğunluğunun araşdırılması məqsədilə iş yenidən Quba rayon Məhkəməsinə göndəriləcək», - vəkil bildirib.

E.Sadıqovun deməsinə görə, Siyəzən hadisələrində təqsirləndirilənlər prosesin yubandığını və əsassız yerə həbs edildiklərini düşündüklərindən, etiraz əlaməti olaraq iyunun 20-dən aclıq aksiyasına başladıqlarını bildiriblər.

Sözügedən iş üzrə sonuncu məhkəmə iclası iyunun 1-də keçirilmişdi. Təqsirləndirilən şəxslər həmin prosesə gətirilməmişdilər.

Həmin iclasda vəkillər məhkəmə prosesinin istintaqla aparılması barədə vəsatət qaldırmışdılar. Hələ ki, həmin vəsatət üzrə qərar verilməyib.

«Siyəzən işi» üzrə təqsirləndirilən şəxslər CM-nin 186 (əmlakı qəsdən məhv etmə ), 221 (xuliqanlıq), 228 (qanunsuz silah saxlama), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər), 234 (narkotik) və 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmə) maddələri ilə ittiham edilirlər.

Onlardan Müslüm Əzimov, Zaur Şəkərov 6 il, Fariz Kərimov, Abasət Süleymanov, Namiq Məstanov, Coşqun Bəgişov, Talib Ağamalıyev, Elçin Əliyev, Kamran Abdullayev Nizami Qəniyev 4 il, Aydın Səfərli isə 2 il azadlıqdan məhrum edilib.

Vəkilin Siyəzən rayonundan olan məhbusların aclığa başlaması ilə bağlı dediklərini, hələlik, Penitensiar Xidmətdən dəqiqləşdirmək mümkün olmayıb.

XATIRLATMA

2016-cı il yanvarın 12-də Siyəzəndə unun və digər məhsulların qiymətlərinin artırılmasına etiraz olaraq bir qrup sakin yerli icra hakimiyyətinin binası qarşısında aksiya keçirib. İcra hakimiyyətinin başçısı etirazçılara tələblərinin yerinə yetiriləcəyi ilə bağlı söz verdikdən sonra sakinlər dağılışıb. Bundan sonra gecə saatlarında bir çox etirazçı saxlanıb.

Yanvarın 13-də saxlananların azad edilməsi tələbi ilə yenidən aksiya keçirilib və insident yaranıb. Yenidən bəzi şəxslər saxlanıb. Onlardan 11 nəfər məhkəmə qarşısına çıxarılıb.

Ancaq uzun müddət hüquq-müdafiə təşkilatları saxlananların hamısının müxtəlif inzibati cəzalardan sonra buraxıldığını zənn ediblər.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun hadisələr zamanı yaydığı məlumatda bildirilirdi ki, 2016-cı il yanvarın 12-si və 13-də Siyəzən rayonunun bir qrup sakini şəhərin küçələrində qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmayan yürüş təşkil ediblər. Yürüş zamanı hüquqazidd hərəkətlərə yol vermiş 55 nəfər saxlanıb.

Quba rayon Məhkəməsinin hakimi Elman Əhmədovun sədrliyi ilə bu il martın 29-da keçirilən prosesdə sözügedən 11 nəfərə hökm oxunmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG