Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Noyabr, çərşənbə, Bakı vaxtı 03:24

Narkoloji dispanserin baş həkiminin məhkəməsi başladı


Korrupsiya

Bakı Baş Səhiyyə İdarəsinin Şəhər Narkoloji Dispanserinin sabiq baş həkimi Hüseyn Həsənovun məhkəməsi başlayıb. Onun haqqında cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

İyunun 20-də məhkəmənin hazırlıq iclasında bəlli olub ki, narkodispanserin baş həkimi ilə yanaşı, tibb qeydiyyatçısı Mətanət Şəmçiyeva da cinayət məsuliyyətinə cəlb olunub. Onların hər ikisinə CM-nin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham verilib.

Tibb elmləri namizədi, dosent Hüseyn Həsənov həbsdə olsa da, Mətanət Şəmçıyevanın barəsində istintaq və məhkəmə dövrü üçün polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Sabiq baş həkimin vəkili onun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəzlənməsi haqda vəsatət qaldırıb. Müdafiəçi vəsatətini belə əsaslandırıb ki, Hüseyn Həsənovun 80 yaşlı anası var. Yaşlı qadın oğlunun himayəsində olub:

«Hazırda onun səhhətində ciddi problemləri var, yataq xəstəsidir».

Hakimlər vəsatəti təmin etməyib.

Bu cinayət işinin məhkəmə baxışı iyulun 4-nə təyin edilib.

Hüseyn Həsənov rəhbərlik etdiyi dispanserdə tibb qeydiyyatçısı vasitəsilə narkoloji xəstəliklə əlaqədar qeydiyyatda olub-olmamaq barədə arayışların verilməsi müqabilində rüşvət almaqda suçlanır. İttihamda ümumilikdə 3 min 190 manatlıq rüşvətdən söhbət gedir.

Baş həkim Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının əməliyyatı nəticəsində həbs olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG