Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 08:35

Araz sahilində tank əleyhinə mərmi aşkarlanıb


RPQ mərmisi

Dövlət Sərhəd Xidməti (DSX) İranla sərhəddə RPQ–7 tipli tank əleyhinə əl qumbaraatanına məxsus mərmi aşkarlandığını bildirir.

DSX-nın bu gün, iyunun 20-si yaydığı məlumata görə, Füzuli rayonu ərazisində İranla sərhəddə Ermənistanın növbəti təxribatının qarşısı alınıb. Hadisənin iyunun 18-də baş verdiyi bildirilir:

«Əhmədalılar sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı Araz çayının sahil xəttinə baxış keçirilərkən ağac kötüyünə bağlanmış və sərt maneə ilə toqquşduqda partlamaya hazır olan RPQ–7 tipli tank əleyhinə əl qumbaraatanına məxsus mərmi aşkar edib.

Dərhal partlayıcı Mil-Muğan Hidroqovşağından uzaqlaşdırılaraq sahilə çıxarılıb. Bununla Araz çayı üzərində yerləşən Mil-Muğan Hidroqovşağına yönəlmiş təxribatın qarşısını almaq mümkün olub».

Mərminin artıq zərərsizləşdirildiyi bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Ancaq tərəflər bir birlərini hələ də atəşkəs pozuntusunda və müxtəlif təxribatlarda günahlandırırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG