Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Mart, şənbə, Bakı vaxtı 22:36

Əli Həsənov: 'Həmsədrlərə ayıb olsun'


Ə.Həsənov

«ATƏT-in Minsk qrupunun həmsədrləri 20 ildir bölgəyə səfər edirlər. Ancaq heç bir nəticə yoxdur».

APA-nın məlumatına görə, bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

«Onlara ayıb olsun ki, 20 ildir gəlib-gedirlər, ancaq heç bir nəticə əldə etmirlər», - deyə o bildirib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Dünən iyunun 19-u həmsədrlər Azərbaycanda olaraq prezident və bir sıra rəsmilərlə görüşüblər. Bundan əvvəl isə onlar bölgəyə səfərləri çərçivəsində Ermənistanda və Azərbaycanın işğal edilmiş ərazilərinə gediblər.

Həmsədrlərin yekunda verdiyi bəyanatda bildirilirdi ki, bu səfərin məqsədi Moskvada baş tutmuş nazirlər səviyyəsində son üçtərəfli görüşdən sonra tərəflərin mövqeyini müzakirə etmək idi. Həmsədrlər bundan əvvəl isə cəbhədə atəşkəsin pozulması ilə bağlı narahatlıqlarını bildirmişdilər. Onlar tərəfləri atəşkəs razılaşmasına əməl etməyə çağırırdılar.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

XS
SM
MD
LG