Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 20:03

Ukrayna prezidenti Petro Poroshenko Birləşmiş Ştatlara səfərə yollanıb. Bu haqda iyunun 19-da Twitter-də onun mətbuat katibi Svyatoslav Tseholko yazıb.

Mediada yayılan məlumatlara görə, Poroshenko səfər çərçivəsində ilk dəfə ABŞ prezidenti Donald Trump-la üzbəüz görüşəcək. Ancaq iyunun 19-da Ağ ev Poroshenko-nun Trump-la görüşəcəyini təsdiqləməyib, onun səfər çərçivəsində vitse-prezident Mike Pence ilə görüş keçirəcəyini bildirib.

Bir neçə gündən sonra Trump-ın Rusiya prezidenti Vladimir Putin-lə görüşəcəyi gözlənir. Görüşün iyulun 7-8-də Almaniyanın Hamburq şəhərində Böyük 20-lik sammitində baş tutacağı bildirilir.

Bu arada Ukraynanın şərqində münaqişənin güclənməsi haqda xəbərlər gəlir. Rusiyapərəst separatçılarla hökumət qüvvələri arasında toqquşmalar Minsk sülh razılaşmalarına baxmayaraq, səngimir.

Günün bütün mövzuları

XS
SM
MD
LG