Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 17:41

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Füzuli Hüseynov iyunun 19-u səhər saatlarında metronun «28 May» stansiyası yaxınlığında səssiz şəkildə əlində «Siyasi məhbuslara azadlıq!» şüarı tutub.

Şahidlərin bildirməsinə görə, bir neçə dəqiqə sonra polislər onu aparıblar.

Bundan bir ay əvvəl də F.Hüseynov yenə Bakıda təkbaşına belə etiraz üsuluna əl atmışdı. Onda da onu polislər saxlamışdı. Ancaq həmin vaxt F.Hüseynov xəbərdarlıq edilərək buraxılmışdı.

Bu dəfə isə F.Hüseynovla bağlı, hələlik, Daxili İşlər Nazirliyindən hər hansı bir məlumat almaq mümkün olmayıb.

Hüquq müdafiəçilərinin bildirməsinə görə, Azərbaycanda 160 civarında siyasi məhbus var. Onlardan 10-dan çoxu AXCP üzvüdür.

Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Rəsmilər deyirlər ki, həmin şəxslər konkret törətdikləri əmələ görə məsuliyyətə alınıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG