Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 15:58

İlahiyyatçının məhkəməsi sona yaxınlaşır


Sərdar Babayev

Bu gün, iyunun 19-u Masallı rayon Məhkəməsində ilahiyyatçı Sərdar Babayevin işi ilə bağlı növbəti məhkəmə iclası keçirilib. Prosesdə sonuncu şahid də dindirilib.

Bu barədə AzadlıqRadiosuna S.Babayevin vəkili Cavad Cavadov məlumat verib.

Vəkilin deməsinə görə, prosesdə dövlət ittihamçısının da çıxışı gözlənilirmiş. Amma dövlət ittihamçısı çıxışa hazırlaşmaqdan ötrü vaxt istəyib. Hakim iyulun 3-nə kimi ona vaxt verib.

Bu il fevralın 22-si Masallı rayon Məhkəməsi S.Babayev barəsində 1 ay 7 gün müddətinə həbs-qətimkan tədbiri seçib. Sonradan həbs müddəti artırılıb.

Ona CM-in 168.1-ci (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsi ilə ittiham verilib.

Olaya münasibət bildirən yerli rəsmilər bildiriblər ki, S.Babayev ölkədən xaricdə dini təhsil alıb. Azərbaycanın mövcud qanunları isə onun dini mərasim idarə etməsinə imkan vermir.

Müdafiə tərəfi isə bildirir ki, S.Babayev qanunvericiliyə həmin məhdudlaşdırıcı maddə əlavə edilməzdən öncə xaricdə dini təhsil alıb.

Habelə, Qafqaz Müsəlmanları İdarəsində vəzifə tutan bir çox şəxslər də xaricidə dini təhsil alıb. Üstəlik, həmin məhdudlaşdırıcı maddə bu ilin mayında yumşaldılıb. Artıq xaricidə dini təhsil alanlar da Qafqaz Müsəlmanlar İdarəsinin razılığından sonra ölkədə dini mərasimlər apara bilərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG