Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Oktyabr, çərşənbə, Bakı vaxtı 04:14

M.Məmmədquliyev Lüksemburqa gedib


Mahmud Məmmədquliyev

Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev «Şərq Tərəfdaşlığı» proqramının nazirlər səviyyəsindəki iclasında iştirak etmək məqsədilə Lüksemburqa səfər edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

«Şərq Tərəfdaşlığı» ölkələrinin xarici işlər nazirlərinin görüşü iyunun 19-da Avropa Birliyi (AB) Xarici İşlər Şurasının himayəsi altında Lüksemburqda keçiriləcək.

Xəbərə görə, AB və bu proqrama daxil altı ölkənin xarici işlər nazirləri noyabrın 24-də Brüsseldə keçiriləcək 5-ci «Şərq Tərəfdaşlığı» sammitinə hazırlıq məsələlərini müzakirə edəcəklər.

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla Assosiasiya sazişi imzalayıb.

Azərbaycan rəsmiləri son illər bəyan edirdilər ki, onlar artıq Avropa Birliyi və bu quruma üzv ölkələrlə ayrılıqda əməkdaşlığa üstünlük verirlər.

2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

Bu ilin fevralından isə ikitərəfli danışıqlar başlayıb.

«Şərq Tərəfdaşlığı»nın 4-cü sammiti 2015-ci il mayın 21-i və 22-də Riqada keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG