Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:00

Böyük özəlləşdirməyə hazırlıq başladı


Foto arxiv

Əmlak Məsələləri üzə Dövlət Komitəsi (ƏMDK) Bakı da daxil ölkənin 56 şəhər və rayonunda torpaq sahələrinin qiymətləşdirilməsi, özəlləşdsirilməsi nəzərdə tutulan dövlət müsəəssələrinin nizamnamə kapitalının müəyyən edilməsi məqsədilə müsabiqə elan edib.

Elanda (https://goo.gl/3JZ3BK) vurğulanır ki, söhbət təkcə kiçik dövlət obyektlərinin yerləşdiyi sahələrində deyil, dövlət müəssisə, idarə, təşkilat, fiziki və hüquqi şəxslərin istifadəsindəki dövlət torpaqlarından gedir. ƏMDK dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılacaq səhmdar cəmiyyətlərinin (SC) nizamnamə kapitalını qiymətləndirməyi də düşünür. Ancaq elanda torpaq sahələrinin ölçüsü, həmçinin SC-yə çevriləcək müəssisələrin sayı haqda bir şey deyilmir.

Bir il qabaq prezident fərman vermişdi

Ötən ilin iyulunda prezident İlham Əliyev «Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında» fərman (http://president.az/articles/20654) imzalamışdı. Sənəddə ƏMDK-ya dövlət mülkiyyətində olan hüquqi şəxslərin istifadəsindəki torpaqların vəziyyətini araşdırmaq, tələbatdan artıq və ya istifadə olunmayansahələrin səmərəli istifadəsinin təmin edilməsi tapşırılmışdı.

Bundan başqa, komitə prezidentə dövlət müəssisələrinin özəlləşdirilməsi prosesində Bakı və digər şəhərlərin baş planları nəzərə alınmaqla onların yerləşdiyi torpaq sahələrinin sərhədlərinin şəhərsalma qanunvericiliyinə uyğun yenidən müəyyən edilməsinə dair təkliflər hazırlamalı idi. Fərmanın imzalanmasından keçən dövr ərzində, kiçik müəssisə və obyektlər, onların bəzisinin torpaq sahələri özəlləşdirilib. Yeni səhmdar cəmiyyətlərinin yaradılmasına başlanılmayıb.

Qiymətləndirmə ucuz başa gəlmir

Ötən il ƏMDK özəlləşdirilən əmlakların qiymətləndirilməsindən ötrü «Moore Stephens Azerbaijan Limited» şirkətin Azərbaycan filialı ilə 70 min, «Privat Co LTD» MMC ilə 5 min 150, «Əmlak Ekspert Mərkəzi» MMC ilə 2 min 920 manatlıq müqavilələr bağlayıb. Bu il isə «Azərkimyamaş» ASC-nin «Suraxanı Maşınqayırma zavodu»,«Bakı Neft Maşınqayıtma Zavodu» törəmə ASC-lərin qiymətləndirilməsindən ötrü «El-EX» MMC və «Əmlak Ekspert Mərkəzi» MMC-yə 28 min 200 manat ödənilib. «Əmlak Ekspert Mərkəzi» MMC həm də nəqliyyat vasitələrinə qiymət qoymaqdan ötrükomitədən 7 min 500 manat alıb.

Xatırlatma

Dövlət əmlakının özəlləşdirilməsi haqda birinci qanun 1995-ci ildə qəbul edilib. 2000-ci il avqustun 10-da isə prezident «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»nın təsdiqi haqda fərman imzalayıb.

1996-2015-ci illərdə Azərbaycanda 47 minədək (Naxçıvan Muxtar Respublikası nəzərə alınmadan) kiçik dövlət müəssisəsi və obyektin özəlləşdirildiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG