Keçid linkləri

2017, 21 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:37

Baş həkim: 'Bütün zəhərlənən uşaqlar evə buraxılıb'


Sumqayıt Şəhər Uşaq Xəstəxanası. 12 iyun 2017

“İyunun 16-da zəhərlənən uşaqlardan son xəstələri yola saldıq. Demək olar ki, bu problem aradan qalıb”.

Bunu Sumqayıt Şəhər Uşaq Xəstəxanasının baş həkimi Müşfiq Məmmədli bildirib.

Baş həkimin sözlərinə görə, prosesin başladığı iyunun 9-dan bu yana 120-dən çox belə xəstəyə səhiyyə xidməti göstərilib:

“Bütün müraciət edənlər müalicə alıblar. Ayın 11-dən «Rotavirus» infeksiyası ilə bağlı müraciət olmayıb. Son 10-12 xəstə iyunun 16-da evə buraxılıblar”.

Buna da bax:​ 136 uşağı zəhərləyən virusun adı açıqlandı

Səhiyyə Nazirliyinin bildirməsinə görə, Sumqayıt şəhərində zəhərlənən uşaqların qanından götürülmüş nümunələrin laborator müayinələrinin nəticəsində xəstələrdə «Rotavirus» infeksiyası aşkar edilib.

«Rotavirus» özünü qızdırma, qusma ilə büruzə verir. Bu simptomlar 48 saatdan az davam edir. Qusma, ishal südəmər uşaqlarda bədəndə suyun azalmasına gətirib çıxarır. İmmuniteti zəif olan insanlarda xəstəlik uzunmüddətli və ağır olur. Bu xəstəlik 5-10 gün müddətində davam edir.

İyunun 9-u, 10-u Tağıyev və Ceyranbatan qəsəbələrindən 119 uşağın zəhərlənmə əlaməti ilə Sumqayıtdakı xəstəxanaya gətirildiyi bildirilir. Uşaqlardan bir hissəsi ilkin müdaxilədən sonra evə buraxılıb. 60-a yaxını isə xəstəxanaya yerləşdirilib. Sonradan bəlli olub ki, bəzi zəhərlənən uşaqlar evdə müalicə olunublar.

Buna da bax: “Azərsu”ASC: “ uşaqlar sudan zəhərlənməyib”

Səhiyyə Nazirliyi və valideynlər infeksiyanın sudan düşdüyünü təxmin edirdilər. Ancaq «Azərsu» ASC sudan nümunələr götürüldüyünü və bu deyilənlərin təsdiqlənmədiyini bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG