Keçid linkləri

2017, 19 Avqust, şənbə, Bakı vaxtı 07:48

“Azərsu”ASC: “ uşaqlar sudan zəhərlənməyib”


Azərsu ASC

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti iyunun 9-u və 10-da Sumqayıtda 120-yə yaxın uşağın zəhərlənməsi ilə əlaqədar açıqlama yayıb.

Açıqlamada bildirilir ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində uşaqlar arasında qeydə alınmış zəhərlənmə içməli sudan baş verməyib. “Bu hadisə ilə əlaqədar Cəmiyyətin mütəxəssisləri və Mərkəzi Laboratoriyanın əməkdaşları əraziyə baxış keçiriblər. Mənbə, magistral kəmər və şəbəkədən su nümunələri götürülüb. Yerində ilkin fiziki-kimyəvi analizlər aparılıb. Suyun keyfiyyətində dəyişikliklər qeydə alınmayıb və insan sağlamlığı üçün zərərlihal aşkarlanmayıb. Bu nümunələrin iyunun 10-da əldə olunmuş yekun bakterioloji nəticələri bir daha təsdiq edib ki, suyun keyfiyyət göstəriciləri standartlara tam uyğundur”

“Azərsu”ASC bildirir ki,Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri ilə birgə ərazidə monitorinqlər davam etdirilib. Müxtəlif ünvanlardan su nümunələri götürülüb. Müqayisəli yoxlanmadan ötrü hər 2 qurumun laboratoriyasına təqdim olunub. Nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi,ətraf yaşayış məntəqələrinin içməli su təchizatı Şollar-Bakı Su Təchizatı Qurğularından və Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksindən təmin edilir.

“ Azərsu” ASC əlavə edir ki, Şollar və Ceyranbatan mənbələri Sumqayıt şəhəri ilə yanaşı, Abşeron yarımadasının digər yaşayış məntəqələrini də içməli su ilə təmin edir. Həminünvanlardaisə belə hal qeydə alınmayıb.

Xatırlatma

İyunun 9-u, 10-u Tağıyev və Ceyranbatan qəsəbələrindən 119 uşağın zəhərlənmə əlaməti ilə, Sumqayıtdakı xəstəxanaya gətirildiyi bildirilir. Uşaqlardan bir hissəsi ilkin müdaxilədən sonra evə buraxılıb. 60-a yaxını isə xəstəxanaya yerləşdirilib.

Ekspertlər infeksiyanın sudan düşdüyünü təxmin edirdilər. Güman edilirdi ki, içməli suya “nəsə” qarışıb.Bəs onda uşaqlar kütləvi şəkildə nədən zəhərlənib?

Günün bütün mövzuları

XS
SM
MD
LG