Keçid linkləri

2017, 21 Avqust, Bazar ertəsi, Bakı vaxtı 04:50

ABŞ Əfqanıstana 4 min əsgər göndərəcək


Əfqanıstanda Amerika ordusu

ABŞ administrasiyasının rəsmisi Pentaqonun Əfqanıstana 4 minədək əlavə əsgər göndərəcəyini deyir. Adı çəkilməyən rəsmi iyunun 15-də bildirib ki, bu qərar gələn həftənin əvvəlində açıqlana bilər.

Xəbəri «The Associated Press» agentliyi yayıb.

Məlumata görə, bu qüvvə, əsasən, əfqan qüvvələrinə təlim keçəcək, kiçik bir hissəsi «Taliban» və «İslam Dövləti» (İŞİD) qruplaşmasına qarşı əməliyyatlara cəlb olunacaq.

Pentaqonun sözçüsü isə bu haqda qərar verilmədiyini bildirib.

ABŞ-ın müdafiə naziri Jim Mattis iyunun 15-də Konqresdə deyirdi ki, prezident Donald Trump ona Əfqanıstanda hərbçi sayını müəyyənləşdirmək səlahiyyəti verib. Daha sonra media Mattis-in əlavə 3-5 min əsgər göndərməyi tövsiyə edəcəyini yazdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG